Ayğır

Ayğır – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, keçmiş Üçkilsə (Eçmiədzin, Vağarşapat) rayonunda, hazırda isə Armavir vilayəti ərazisində göl. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır. Sahəsi 60 ha olan gölün sututumu 310 min m³-dir. Hidronim türk dilində “erkək at” mənasında işlənən “ayğır” sözü ilə “göl” sözünün birləşməsindən əmələ gəlmişdir.