Axtala – keçmiş Tiflis quberniyasının Borçalı qəzasında, sonralar keçmiş Allahverdi (Tumanyan) rayonunda, hazırda isə Lori vilayətində şəhər. Allahverdi (Tumanyan) yaşayış məntəqəsindən 10 km şimal-şərqdə, Şamlıq kəndindən 4 km şərqdə yerləşir.
Buranın qədim sakinləri azərbaycanlılar olmuşdur. XIX əsrin əvvəllərində kəndə İran və Türkiyədən ermənilər köçürülmüşdür. Qəsəbədə 1959-cu ildə 100 nəfər azərbaycanlı, 424 nəfər erməni, 1970-ci ildə 120 nəfər azərbaycanlı, 541 nəfər erməni yaşamışdır. 1988-ci ildə azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşlar.
Toponim türk tayfası padarların bir qolunu təşkil edən “axta” etnonimi əsasında formalaşmışdır.
“Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Lori vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 41°09′ şm. e., 44°46′ ş. u.