Axınçı

Axınçı – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasının, sonralar keçmiş Şəmşəddin (Berd) rayonunun, hazırkı Tavuş vilayətində mövcud olmuş qışlaq. 1930-cu ildə ləğv edilmişdir.

Toponim türk dilində “talançı əsgər”, “cəld, sürətlə hərəkət edən dəstə” mənasında işlənən “akınçı” (aqınçı) sözü əsasında formalaşmışdır.