Aşıq Ələsgərin qəbirüstü abidəsi

1972-ci ildə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin anadan olmasının 150 illiyi geniş şəkildə qeyd edilmişdir. Eyni zamanda, Basarkeçər rayonunun Ağkilsə kəndində (dəyişdirilmiş adları ilə: Vardenis rayonunun Azad kəndi) görkəmli aşığın qəbri üzərində əzəmətli abidə ucaldılmışdır.

Azərbaycanlıların Ermənistan SSR-dən kütləvi deportasiyasından sonra bu kənddə qəbirlər, ələlxüsus Aşıq Ələsgərin qəbri və qəbirüstü abidəsi erməni vandalları tərəfindən dağıdılmışdır.

Mənbə:
Ələkbərli Ə., Qərbi Azərbaycan abidələri (Bakı: “Nurlan” nəşriyyatı, 2007)
Aşıq Ələsgər – 200: daycest / Tərt. ed. A. Məmmədova; ixtisas red. K. Tahirov (Bakı, 2021)