Aşağı Türkmənli

Aşağı Türkmənli – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Üçkilsə (Eçmiədzin, Vağarşapat) rayonunda, Armavir vilayətində kənd. Vilayət mərkəzi Sərdarabad (Armavir) şəhərindən 35 km cənub-şərqdə, Böyük Qarasu çayının yanında, dəniz səviyyəsindən 835 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində “Türkmənli” formasında qeydə alınmışdır.

Ermənilər kəndə 19151920-ci illərdə Türkiyənin Sürməli vilayətinin Baharlı kəndindən köçürülüb yerləşdirilmişlər.

Toponim Azərbaycan dilində fərqləndirici əlamət bildirən aşağı sözü ilə “-li” mənsubluq şəkiliçisi qəbul etmiş qızılbaşların türkmən etnonimindən əmələ gəlib və “Türkmən tayfasının yaşadığı kənd” anlamını verir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 yanvar 1935-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Lusaqyuğ” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Armavir vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°05′ şm. e., 44°15′ ş. u.