Aşağı Şipirxan – keçmiş Tiflis quberniyasının Borçalı qəzasında, sonralar keçmiş Barana (Noyemberyan) rayonunda, hazırkı Tavuş vilayəti ərazisində mövcud olmuş kənd. Ayrım kəndinin yaxınlığında yerləşirdi.
1926-cı ildə burada 31 nəfər azərbaycanlı yaşamışdır. 1930-cu illərdə azərbaycanlılar köçürülmüş və kənd ləğv edilmişdir. İndi ölü kənddir.
Toponim şəxs adı əsasında əmələ gəlmişdir.