Aşağı Şəhərcik

Aşağı Şəhərcik – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonuda, hazırkı Sünik vilayəti ərazisində mövcud olmuş kənd.

1897-ci ildə 155 nəfər azərbaycanlı yaşamışdır. XX əsrin əvvəllərində azərbaycanlılar deportasiya olunmuş və kənd Yuxarı Şəhərcik kəndi ilə birləşdirilərək ləğv edilmişdir.