Aşağı Qızqala – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasının, sonralar keçmiş Şəmşəddin (Berd) rayonunun, hazırkı Tavuş vilayətinin ərazisində mövcud olmuş qışlaq. 1930-cu ildə ləğv edilmişdir.
Toponim qədim türk dilində “yayla”, “çöl, dağ zirvəsi, dağ, təpə, dağ qılıcı” mənasında işlənən “qır” (qız) sözü ilə “qala” sözündən əmələ gəlmişdir. “Aşağı” fərqləndirici əlamət bildirir.