Aşağı Qaraqala

Aşağı Qaraqala – keçmiş Tiflis quberniyasının Lori-Pəmbək qəzasında, sonralar keçmiş Vorontsovka (Kalinino) rayonunda, hazırkı Lori vilayəti ərazisində kənd. 1930-cu ildən sonra rayonun Yuxarı Qaraqala kəndi ilə birləşdirildikdən sonra Qaraqala adlanmışdır. 1937-ci ilədək Cəlaloğlu (Stepanavan) rayonun tərkibində olmuşdur.

Burada 1926-cı ildə 135 nəfər, 1931-ci ildə 71 nəfər azərbaycanlı yaşamışdır.

Toponim türk dilində rəng mənasında işlənən “qara” sözü ilə “qala” sözündən əmələ gəlmişdir. Toponimin əvvəlindəki “aşağı” sözü fərqləndirici əlamət bildirir.