Aşağı Novruzlu

Aşağı Novruzlu – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Qəmərli (Artaşat) rayonunda, hazırkı Ararat vilayətində mövcud olmuşdur.

Kənddə ermənilərdən başqa, 1922-ci ildə 139 nəfər, 1926-cı ildə 231 nəfər, 1931-ci ildə 205 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən kəndin azərbaycanlı əhalisi zorla Azərbaycana deportasiya edilmişdir. Hazırda xaraba kənddir.

Toponim Novruzlu nəsil adı əsasında əmələ gəlmişdir.