Aşağı Necili – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Zəngibasar (Masis) rayonunda, hazırda isə Ararat vilayətində kənd. Vilayət mərkəzi Qəmərli (Artaşat) şəhərindən 20 km şimal-qərbdə, dəniz səviyyəsindən 827 m hündürlükdə yerləşir. Keçmiş Zəngibasar (Masis) rayonu təşkil edilənədək 1969-cu ilə kimi keçmiş Qəmərli rayonun tərkibində olunmuşdur. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.
Kənddə 1831-ci ildə 411 nəfər azərbaycanlı, 114 nəfər erməni, 1873-cü ildə 1183 nəfər, 1886-cı ildə 1147 nəfər, 1897-ci ildə 1178 nəfər, 1908-ci ildə 1430 nəfər, 1914-cü ildə 1573 nəfər, 1916-cı ildə 1074 nəfər yalınz azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin əhalisi erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. Yalnız indiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan azərbaycanlılar öz yurdlarına qayıda bilmişdir. Burada 1922-ci ildə 555 nəfər, 1926-cı ildə 726 nəfər, 1931-ci ildə 379 nəfər azərbaycanlılar yaşamışdır. Bununla yanaşı 1939-cu ildə 877 nəfər, 1959-cu ildə 1164 nəfər, 1970-ci ildə 1671 nəfər, 1979-cu ildə 1818 nəfər azərbaycanlı, erməni və kürdlər yaşamışlar. Ermənilər bura 1828-ci ildə 1946–1948-ci illərdə İrandan köçürülmüşdür. 1988-ci ilin oktyabr-noyabr aylarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. Hazırda kənddə ermənilər yaşayırlar.
Toponim fərqləndirici əlamət bildirən “aşağı” sözü ilə “nəcli” türk etnonimi əsasında əmələ gəlmişdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25 yanvar 1978-ci il tarixi fərmanı ilə adı dəyişdirilərək “Sayat Nova” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°04′ şm. e., 44°23′ ş. u.