Aşağı Kəhriz – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Qəmərli (Artaşat) rayonunda, hazırkı Ararat vilayəti ərazisində mövcud olmuş kənd.
1897-ci ildə kənddə 40 nəfər azərbaycanlı yaşamışdır. XX əsrin əvvəllərində ləğv edilmişdir.
Toponim fərqləndirici əlamət bildirən “aşağı” sözü ilə “yeraltı su yolu, su kəməri” mənasında işlənən “kəhriz” sözündən əmələ gəlmişdir. Hazırda xaraba kənddir.