Aşağı Hunud

Aşağı Hunud – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasının, sonralar keçmiş Şəmşəddin (Berd) rayonunun, hazırkı Tavuş vilayətinin ərazisində mövcud olmuş qışlaq. 1930-cu ildə ləğv edilmişdir.

Toponim fərqləndirici əlamət bildirən “aşağı” sözü ilə “-ud” şəkilçisi qəbul etmiş “hun” türk etnonimi əsasında əmələ gəlmişdir.