Aşağı Gəzbin – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Talin (Talın) rayonunda, hazırkı Araqatsotn vilayəti ərazisində mövcud olmuş kənd.
Toponim fərqləndirici əlamət bildirən “aşağı” sözündən, Azərbaycan dilində “gədiyin ən alçaq yeri”, “keçid, dağın təpəsindəki çökək, dağ çökəyi” mənasında işlənən “gəz” sözü ilə, “yaşayış yeri, kənd, köç yeri, dayanacaq, heyvan saxlanan yer” mənasında işlənən “binə” sözünün birləşməsindən əmələ gəlib “gəzdəkdə olan yaşayış məntəqəsi” mənasını ifadə edir.
Kənd 1926-cı ildə ləğv edilmişdir.