Aşağı Çanaxçı

Aşağı Çanaxçı – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Vedi (Ararat) rayonunda, hazırkı Ararat vilayətində mövcud olmuşdur. Ordun çayının yaxınlığında yerləşirdi. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır. XX əsrin əvvəllərində ləğv edilmişdir. Toponim çanaxçı türk tayfasının adı əsasında əmələ gəlmişdir.