Aşağı Çəmbərək

Aşağı Çəmbərək – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, sonralar keçmiş Çəmbərək (Krasnoselsk) rayonunda, hazırkı Geğarkunik vilayəti ərazisində mövcud olmuş kənd. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır. Kəndi XIX əsrdə Çəmbərək kəndindən köçənlər salmışlar.

Toponim fərqləndirici əlamət bildirən “aşağı” sözündən və Azərbaycan dilində şam ağacının adını ifadə edən “çam” (→çəm) sözü ilə “baraq” (→bərək) türk etnonimindən əmələ gəlmişdir. Kənd indiki Çəmbərək kəndi ilə birləşdirilərək yaşayış məntəqələri siyahısından silinmişdir.