Aşağı Bəydili

Aşağı Bəydili – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Talin (Talın) rayonunda, hazırkı Araqatsotn vilayəti ərazisində mövcud olmuş kənd.

1918-ci ildə kəndin sakinləri erməni silahlı dəstələrinin təcavüzü nəticəsində deportasiya olunaraq kənd xarabalığa çevrilmişdir. Kənd 1920-ci ildə ləğv edilmişdir.

Toponim fərqləndirici əlamət bildirən “aşağı” sözü ilə oğuzların “bəydili”(bəkdili) etnonimi əsasında əmələ gəlmişdir.