Aşağı Altuntaxt

Aşağı Altuntaxt – tarixi İrəvan xanlığının Göyçə mahalında, sonralar keçmiş Kəvər (Yeni Bəyazid, Kamo) rayonunda, hazırkı Geğarkunik vilayətində ərazisində mövcud olmuş kənd. Kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.

Toponim vulkan mənşəli qaya adlarında qırmızı mənasında işlənən “altun” sözü ilə “dağın zirvəsində hamar, düzən yer” mənasında işlənən “taxt” sözünün birləşməsindən əmələ gəlmişdir. Toponimin əvvəlindəki “aşağı” sözü fərqləndirici əlamət bildirir.