Aşağı Ağkörpü – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qarakilsə (Sisian) rayonunda, hazırkı Sünik vilayəti ərazisində mövcud olmuş kənd. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır. Qarakilsə kəndinin 95 km-liyində yerləşirdi. Hazırda xarabalıqdır.
Toponim fərqləndirici əlamət bildirən “aşağı” sözü ilə “ağ” və “körpü” sözlərindən əmələ gəlmişdir.