Aşağı Ağdan

Aşağı Ağdan – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, sonralar keçmiş Karvansara (İcevan) rayonunda, hazırda isə Tavuş vilayətində kənd. Vilayət mərkəzi Karvansara (İcevan) şəhərindən 11 km şimalda, dəniz səviyyəsindən 650 m hündürlükdə yerləşir.

Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi tədricən kəndi tərk etmişdir.

Toponim türk dilində “kiçik, alçaq, çox da hündür olmayan” mənasında işlənən “ağ” sözü ilə “çöl, səhra, açıq yer” mənasında işlənən “dan” sözünün birləşməsindən əmələ gəlmişdir.

 Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25 may 1967-cı il tarixli fərmanı kəndin adı ilə dəyişdirilərək “Morut”, 11 noyabr 1970-ci il tarixli fərmanı ilə yenidən dəyişdirilərək “Aknaxbyur” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Armavir vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°57′ şm. e., 45°09′ ş. u.