Arxüstü

Arxüstü – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonu, hazırkı Sünik vilayəti ərazisində mövcud olmuş kənd. Yuxarı Girətağ kəndinin yaxınlığında yerləşirdi.

1897-ci ildə 24 nəfər azərbaycanlı yaşamışdır. 1905–1906-cı illərdə azərbaycanlılar deportasiya olunaraq kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.

Kənd arxın üstündə salındığı üçün Arxüstü adlandırılmışdır.