Arxaşan

Arxaşan – keçmiş Tiflis quberniyasının Lori-Pəmbək qəzasının, sonralar keçmiş Böyük Qarakilsə (Kirovakan, Quqark) rayonunun, hazırkı Lori vilayətinin ərazisində mövcud olmuş qışlaq. Hallavar kəndinin ərazisində yerləşirdi.

Toponim Azərbaycan dilində “arxın tirədən keçdiyi yer” mənasında işlənən “arxaşan” sözü əsasında əmələ gəlmişdir.