Arxac – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, keçmiş Keşişkənd (Yeqeqnadzor) rayonu, hazırkı Vayotsdzor vilayəti ərazisində mövcud olmuş kənd.
Kənddə 1897-ci ildə 587 nəfər, 1926-cı ildə 80 nəfər azərbaycanlı yaşamışdır. 1940-cı illərdə kənd ləğv edilmişdir.
Toponim “qoyun, mal yatağı” mənasında işlənən “arxac” sözündən əmələ gəlmişdir.