Armudlu

Armudlu – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, Dilican şəhəri yaxınlığında mövcud olmuş qışlaq.

1926-cı ildə burada 12 nəfər azərbaycanlı yaşamışdır. XX əsrin 30-cu illərində ləğv edilmişdir.

Toponim meyvə adı bildirən “armud” sözünə Azərbaycan dilində işlənən “-lu” şəkilçisinin artırılması əsasında əmələ gəlmişdir.