Arcut

Arcut – keçmiş İrəvan quberniyasının Lori-Pəmbək qəzasında, sonralar keçmiş Böyük Qarakilsə (Quqark) rayonunda, hazırda isə Lori vilayətində kənd. Vilayət mərkəzi Böyük Qarakilsə (Vanadzor) şəhərindən 5 km şimal-qərbdə, Böyük Qarakilsə (Kirovakan) şəhərindən 6 km şimal-qərbdə, Bozabdal dağının ətəyində, Pəmbək çayının yaxınlığında, dəniz səviyyəsindən 1600 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində “Arçut” kimi qeydə alınmışdır.

Kənddə 1831-ci ildə 137, 1873-cü ildə 357, 1886-cı ildə 477, 1897-ci ildə 574, 1914-cü ildə 759 nəfər azərbaycanlı yaşamışdır. Kəndin əhalisi 1918-ci ildə erməni təcavüzünə və qırğınlara məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra kəndi tərk etmiş azərbaycanlılardan sağ qalanlar ata-baba torpaqlarına qayıda bilmişdilər. 1922-ci ildə 697, 1926-cı ildə 823, 1931-ci ildə 886, 1939-cu ildə 1052, 1959-cu ildə 1295, 1970-ci ildə 2009, 1979-cu ildə 2172 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabrında kəndin sakinləri Ermənistan dövləti tərəfindən qırğınlarla qovulmuşdur. Hazırda kənddə ermənilər yaşayırlar.

Toponim artuç (ardıc) bitki adı əsasında yaranmışdır.

“Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Lori vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°51′ şm. e., 44°22′ ş. u.