Aralıqqoyun

Araqqoyun – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasının, sonralar keçmiş Çəmbərək (Krasnoselsk) rayonunun, hazırkı Geğarkunik vilayətinin ərazisində mövcud olmuş qışlaq. Gölkənd kəndinin yaxınlığında yerləşmişdir.

1926-cı ildə burada 13 nəfər azərbaycanlı yaşamışdır. 1940-cı illərin axırlarında ləğv edilmişdir.

Toponim “iki yerin arası, ortalıq, orta, ara” mənasında işlənən “aralıq” sözü ilə “dərə, çuxur, dayaz dərə” mənasında işlənən “qoyun” sözünün birləşməsindən əmələ gəlmişdir.