Aralıq Oxçu – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunda, hazırkı Sünik vilayətində mövcud olmuşdur. Oxçu çayı ilə Pirdavdan (Pircavidan) çayının qovuşduğu yerdə, Oxçu kəndinin yaxınlığında yerləşmişdir.
Kənddə 1897-ci ildə 148 nəfər azərbaycanlı yaşamışdır. 1905–1906-cı illərdə azərbaycanlılar erməni silahlı dəstələrinin təcavüzü nəticəsində didərgin salınmışlar. Sonra kənd ləğv edilmişdir.
Kənd iki çayın (Oxçu və Pirdavdan) çayının arasında salındığı üçün Aralıq Oxçu adlandırılmışdır və “Oxçuçayın arasında yerləşən kənd” deməkdir.
Toponimin 1-ci tərəfi “iki yerin arası” mənasında işlənən “aralıq” sözündən, 2-ci tərəfi türk mənşəli “oxçu”etnonimindən ibarətdir.