Aralıq

Aralıq – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Talin (Talın) rayonu, hazırkı Araqatsotn vilayəti ərazisində mövcud olmuş kənd. Alagöz dağının qərb ətəyində yerləşirdi. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

 Kənddə 1831-ci ildə 16 nəfər, 1873-cü ildə 172 nəfər, 1886-cı ildə 162 nəfər, 1897-ci ildə 214 nəfər, 1904-cü ildə 193 nəfər, 1914-cü ildə 205 nəfər, 1916-cı ildə 194 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni silahlı dəstələrinin təcavüzünə məruz qalaraq sakinləri – azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunmuşlar.

Toponim Azərbaycan dilində “iki obyektin arası, ortalıq” mənasında işlənən “aralıq” sözü əsasında əmələ gəlib “aralıqda yerləşən kənd” mənasını ifadə edir. Kənd ləğv edilmişdir.