Anağızoğlu

Anağızoğlu – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasının, sonralar keçmiş Çəmbərək (Krasnoselsk) rayonunun, hazırkı Geğarkunik vilayətinin Toxluca kəndində qışlaq.

Toponim Azərbaycan dilində “əsas, böyük” mənasında işlənən “ana” sözü ilə “ğuz oğlu” (oğuz oğlu) sözünün birləşməsindən əmələ gəlmişdir.