Altuntaxt

Altuntaxt – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Axta (Hrazdan) rayonunda, hazırda isə Geğarkunik vilayəti ərazisində dağ. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Toponim türk dilində “qırmızı” mənasında işlənən “altın” sözü ilə “dağın zirvəsində hamar, düzən yer” mənasını bildirən “taxt” sözünün birləşməsindən yaranmışdır.