Almalıq – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunda, hazırda isə Sünik vilayəti ərazisində dağ.
Toponim “Almalı” sözünə Azərbaycan dilində məkan mənası bildirən “-lıq” şəkilçisinin artırılması ilə yaranmışdır.