Almalı

Almalı – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Keşişkənd (Yeğeqnadzor) rayonunda, hazırkı Vayotsdzor vilayəti ərazisində mövcud olmuş kənd. Keşişkənd (Yeğeqnadzor) yaşayış məntəqəsindən mərkəzindən 14-16 km qərbdə, Yelpin kəndinin şimalında yerləşirdi.

Kənddə 1873-cü ildə 172 nəfər, 1886-cı ildə 231 nəfər, 1897-ci ildə 277 nəfər, 1904-cü ildə 313 nəfər, 1914-cü ildə 345 nəfər, 1916-cı ildə 360 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı dəstələrinin təcavüzünə məruz qalaraq deportasiya olunmuşlar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra sağ qalanlar kəndlərinə dönə bilmişlər. Burada 1922-ci ildə 100 nəfər, 1926-cı ildə 94 nəfər, 1931-ci ildə 145 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1938–1939-cu illərdə azərbaycanlılar kənddən köçürülmüş və kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.

Toponim “almalı” türk etnonimi əsasında formalaşmışdır.