“1961-ci ildə Vedi rayonunun Şidli kəndində anadan olmuşam. 1988-ci ildə əhaliyə dəhşətli əziyyətlər verdilər, evlərində yaşamağa imkan vermədilər. Əhali isə ilk öncə Araz çayı kənarına toplaşdı. Xüsusən də Şirazlı kəndinin sakinləri mərkəzdə olduqları üçün daha çox əziyyət çəkirdilər. Şirazlı kəndində bizim Seyid ocaqlarımızı, ibadət yerlərimizi daş-qalaq etdilər. Evlərimizə hücum edirdilər. Azərbaycanlılar isə işgüzar və çalışqan olduqları üçün həmin dövrdə Ermənistan iqtisadiyyatının əsasını təşkil edirdi. Mal-qaralarımızı əlimizdən aldılar, mülklərimizdən didərgin saldılar. Zor gücünə bizi ata-baba torpaqlarımızdan qovdular.”