Alçalıtəpə

Alçatəpə – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Qaranlıq (Martuni) rayonunda, hazırda isə Geğarkunik vilayəti ərazisində təpə. Alçalı kəndinin yaxınlığında yerləşir.

Toponim Azərbaycan dilində işlənən “-lı” şəkilçisi qəbul etmiş “alça” sözü ilə Azərbaycan dilində “kiçik dağ” mənasında işlənən “təpə” sözünün birləşməsindən yaranmışdır.