Alçalıq

Alçalıq – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunda, hazırda isə Sünik vilayəti ərazisində yerləşir.

Toponim “alça” bitki adına Azərbaycan dilində məkan bildirən “-lıq” şəkilçisinin artırılması ilə düzəlmişdir.