Alçalı

Alçalı – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Gorus rayonunun, hazırkı Sünik vilayətinin ərazisində mövcud olmuş kənd. Vilayətdəki Ağbulaq kəndinin 1 km-də yerləşirdi.

Toponim “alça” bitki adına Azərbaycan dilində işlənən “-lı” şəkilçisinin artırılması ilə əmələ gəlmişdir. Hazırda xarabalıqdır.