Alatala

Alatala – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasının, sonralar keçmiş Şəmşəddin (Berd) rayonunun, hazırkı Tavuş vilayətinin ərazisində mövcud olmuş qışlaq. 1960-cı ildə ləğv edilmişdir.

Toponim türk dilində “ala-bula”, “rəngarəng yer” mənasında işlənən “ala” sözü ilə Azərbaycan dilində “meşədə ağacsız, çılpaq yer, sahə”, “açıqlıq” mənasında işlənən “tala” sözündən əmələ gəlmişdir.