Alapapaq

Alapapaq – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Axta (Hrazdan) rayonunda, hazırda isə Kotayk vilayəti ərazisində dağ. Göyçə gölü hövzəsində, Zəngi çayının yuxarı sahilində yerləşir.

Toponim “Alapapaq” türk tayfa adı əsasında formalaşmışdır.