Alagöl

Alagöl – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Basarkeçər (Vardenis) rayonunda, hazırda isə Geğarkunik vilayəti ərazisində çay. Çamırlı kəndinin ərazisindən keçərək Göyçə gölünə tökülür.