Alaçıqdaş

Alaçıqdaş – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasının, sonralar keçmiş Çəmbərək (Krasnoselsk) rayonunun, hazırkı Geğarkunik vilayətinin ərazisində mövcud olmuş qışlaq. Çaykənd kəndinin yaxınlığında yerləşmişdir.

1926-cı ildə burada 52 nəfər azərbaycanlı yaşamışdır. XX əsrin 30-cu illərində ləğv edilmişdir.

Toponim türk dilində “daxma, koma, müvəqqəti yaşayış yeri” mənasında işlənən “alaçıq” sözü ilə “daş” sözünün birləşməsindən əmələ gəlib, “daşdan tikilən alaçıq, çadır” mənasını bildirir.