Ağyoxuş

Ağyoxuş – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Basarkeçər (Vardenis) rayonunda, hazırkı Geğarkunik vilayəti ərazisində aşırım. Sultanəli Qışlağı (Canəhməd) kəndində yerləşir.

Toponim qədim türk dilində “hündür” mənasında işlənən “ağ” sözü ilə “yolun dağa, təpəyə qalxan hissəsi” mənasında işlənən “yoxuş” sözünün birləşməsindən əmələ gəlmişdir.