Ağtala

Ağtala – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Çəmbərək (Krasnoselsk) rayonunun, hazırkı Geğarkunik vilayətinin ərazisində mövcud olmuş kənd.

1926-cı ildə burada 26 nəfər azərbaycanlı yaşamışdır. 1930-cu illərdə indiki Ermənistan hökumətinin qərarı ilə kənd ləğv edilmişdir.

Toponim qədim türk dilində “kiçik”, “balaca” mənasında işlənən “ağ” sözü ilə “meşə ortasında açıqlıq” mənasında işlənən “tala”sözünün birləşməsindən əmələ gəlmişdir.