Ağtala – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, sonralar keçmiş Dilican və Karvansara (İcevan) rayonlarının, hazırkı Tavuş vilayətinin ərazisində kənd mövcud olmuşdur. XIX əsrin 40-cı illərin axırlarında kənd ləğv edilmişdir.
Toponim qədim türk dilində “kiçik, kiçicik, xırda, balaca” mənasında işlənən “ağ” sözü ilə “meşə ortasında açıqlıq” mənasında işlənən “tala” sözünün birləşməsindən əmələ gəlib “çox da böyük olmayan, ərazicə kiçik tala” mənasını bildirir.