Ağtəpə

Ağtəpə – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Çəmbərək (Krasnoselsk) rayonunun, hazırkı Geğarkunik vilayətinin ərazisində mövcud olmuş kənd. Şorça kəndinin yaxınlığında yerləşmişdir.

1831-ci ildə burada 129 nəfər, 1926-cı ildə 16 nəfər yalnız azərbaycanlı yaşamışdır. XX əsrin ortalarında azərbaycanlılar deportasiya edilmiş və kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.

Toponim “alçaq, kiçik” mənasında işlənən “ağ” sözü ilə “alçaq dağ” mənası bildirən “təpə” oronimi əsasında yaranmışdır. Yaşayış məntəqəsi alçaq, kiçik təpədə yerləşdiyi üçün Ağtəpə adlanmışdır.