Ağsu

Ağsu – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Keşişkənd (Yeğeqnadzor) rayonunun, hazırkı Vayotsdzor vilayətinin ərazisində mövcud olmuş kənd.

Burada 1829-cu ildə 41 nəfər, 1879-cu ildə 71 nəfər azərbaycanlı yaşamışdır. XIX əsrin axırlarında kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.

Toponim “keyfiyyətli, içməyə yararlı” mənasında işlənən “ağ”sözü ilə qədim türk dilində “çay” mənasında işlənən “su” sözündən əmələ gəlmişdir.