Ağsu

Ağsu – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunda, hazırda isə Sünik vilayəti ərazisində çay.

“Keyfiyyətli, yararlı” mənasında işlənən “ağ” sözü ilə “çay” mənasında işlənən “su” sözünün birləşməsindən əmələ gəlmişdir.