Ağsu

Ağsu – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, sonralar keçmiş Şəmşəddin (Berd) rayonunda, hazırda Tavuş vilayətində yaşayış məntəqəsi. 1959-cu ildə 70 nəfər azərbaycanlı yaşamışdır. 1960-cı ildə əhalisi köçürülərək yaşayış məntəqəsi kimi ləğv edilmişdir. Binaların uçuqları indi də durur. Xaraba kənddir.

Toponim türk dilində “kiçik, balaca” mənasında işlənən “ağ” sözü ilə türk dilində “çay, kiçik çay, kiçik köl” mənasını bildirən “su” sözündən əmələ gəlib. “Kiçik çay yanında yerləşən kənd” mənasını ifadə edir.