Ağpara

Ağpara – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Axta (Hrazdan) rayonunda kənd. Rayondakı Dərəçiçək kəndinin yaxınlığında, Misxanlı və Əlibəy dağlarının ətəyində yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə, Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi tədricən kəndi tərk etmişdir. Kənddə 1897-ci ildə 6 nəfər azərbaycanlı yaşamışdır. Ermənilər bura 1829-cu ildə Maku əyalətindən köçürülüb yerləşdirilmişlər.

Toponim qədim türk dilində “kiçik, xırda” mənasında işlənən “ağ” sözü ilə “hissə, torpaq sahəsi” mənasında işlənən “para” sözünün birləşməsindən əmələ gəlmişdir.

Kəndin adı erməniləşdirilərək “Ağbyurak” qoyulmuşdur. Bura sonradan Ağbyurak qəsəbəsi kimi Axta (Hrazdan) şəhərinə birləşdirilmişdir.

Yerləşdiyi koordinatlar: 40°30′ şm. e., 44°44 ş. u.