Ağmanqan – Göyçə gölündən indiki Geğarkunik (Kəvər rayonu) və Kotayk (Axta rayonu) vilayətlərini əhatə etməklə Araz çayınadək uzanan uzunluğu 70 km olan dağ silsiləsi. Ən hündür zirvəsi hündürlüyü 3597 m olan Qızıldağ (hazırda Ajdahak) zirvəsidir.
Toponim “ağman” türk tayfa adına qədim türk dilində “məkan”, “yer”, “ərazi” mənasında işlənən “qan” sözünün qoşulması yolu ilə formalaşmışdır. Dağ silsiləsi hazırda “Geğam silsiləsi” adlanır.