Ağkilsə

Ağkilsə – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Düzkənd (Axuryan) rayonunda, hazırda isə Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 8 km şimal-şərqdə, dəniz səviyyəsindən 1880 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır. 1937-ci ilədək keçmiş Gümrü (Leninakan) rayonunun inzibati ərazi bölgüsünə daxil idi.

Kəndin əsas və yerli sakinləri azərbaycanlılar olmuşdur. Ermənilər bura 1820–1825-ci illərdə Türkiyənin Qars və Ərzurum bölgələrindən köçürülmüşlər. 1897-ci ildə burada 12 nəfər azərbaycanlı yaşamışdır. XX əsrin əvvəllərində (1905–1906-cı illərdə) onlar deportasiya olunmuşdur. Hazırda kənddə ermənilər yaşayırlar.

Kəndin ərazisindəki ağ rəngdə olan kilsəyə görə oykonim Ağkilsə adlandırılmışdır.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 7 dekabr 1945-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Kraşen” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°52′ şm. e., 43°67′ ş. u.